• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edib

Noyabr 19, 2025
A A

Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibinin Globalart.az-a verdiyi məlumatına görə, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.

Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət töhfələr verəcəyini qeyd edib.

Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.

Korney Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.

Globalart.az 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.