Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib
“Özbəkistan tarixi” telekanalı Azərbaycanın görkəmli Sultanovlar nəslinin nümayəndəsi, mühəndis İsgəndər bəy Sultanovun sürgün həyatı haqqında sənədli film hazırlayıb.
Globalart.az “Report.az”a istinadən xəbər verir ki, ekran işi Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin dəstəyi ilə çəkilib və “Millət fədailəri” verilişinin buraxılışı olaraq ölkə televiziyasında yayımlanıb.
Filmdə Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Bəxtiyar Həsənov, Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhram İrzayev və Muzeyin ekspertiza şöbəsinin müdiri Əzizə Əhrarova İsgəndər bəy Sultanovun həyatı, təhsili və sürgün həyatı barədə ətraflı məlumat veriblər.
Globalart.az