Pablo Pikassonun əsəri Madriddən Qranadaya daşınma zamanı itib
İspaniyanın El País nəşrinin məlumatına görə, Pablo Pikassonun “Stiff Life with Guitar” (1919) adlı qrafik işi Madriddən Qranadaya aparılarkən nəqliyyat zamanı itib. Əsər fərdi kolleksiyaçıya məxsus olub və 600 min avro (təxminən 700 min dollar) məbləğində sığortalanmışdı.
Əsər Madriddən digər 56 əsərlə birlikdə “Still Life. The Eternity of the Inert” adlı sərgi üçün göndərilib. Lakin Qranadadakı CajaGranada Mədəniyyət Mərkəzinə çatdırıldıqdan sonra Pikassonun əsərinin izinə rast gəlinməyib.
Məlumata görə, əsərləri daşıyan avtomobil Qranadaya cəmi 4 saatlıq məsafə olmasına baxmayaraq, gecələmək üçün dayanıb, və bu müddətdə iki sürücü növbə ilə yükə nəzarət edib. Növbəti gün çatdırılma zamanı bütün bağlamalar tam yoxlanılmayıb, çünki bəziləri düzgün nömrələnməyib.
Hazırda İspaniya polisi əsərin nə vaxt və harada itib-axıra çıxmasını araşdırır. CajaGranada Fondu bildirib ki, istintaq orqanları ilə əməkdaşlıq edir və məsələnin ədalətli şəkildə həll olunacağına inanır.
İtkin Pikasso əsəri artıq iki həftədir tapılmayıb, və hələlik heç kim saxlanılmayıb.
Globalart.az
