• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Pakistan Prezidenti Asif Zardari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib

Oktyabr 15, 2025
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.

Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi təmaslar və uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən, üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Globalart.az

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.