• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Parisdə Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik prioritetləri müzakirə olunub

Fevral 19, 2026
A A

Parisdə Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində Yol Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri təmsil ediblər.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, müzakirələr zamanı Avropa Nəqliyyat Nazirləri Konfransı (EKMT) çoxtərəfli kvota sistemi üzrə görülən işlər və gələcək prioritetlər nəzərdən keçirilib. Beynəlxalq yükdaşımaların daha səmərəli təşkili, sistemin müasir tələblərə uyğunlaşdırılması və dayanıqlı inkişafın təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

İclasda EKMT çoxtərəfli kvota sisteminə yeni iştirakçıların qoşulması qaydaları haqqında layihə sənədləri, 2027-ci ildən etibarən sıfır emissiyalı nəqliyyat vasitələri üçün lisenziyaların tətbiqi, o cümlədən EKMT rəqəmsal sisteminin funksionallığının genişləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edilib.

Azərbaycan nümayəndə heyəti bildirib ki, çoxtərəfli kvota sisteminin coğrafi baxımdan genişləndirilməsi beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi, daşımaların səmərəliliyinin artırılması və icazələrin daha məhsuldar istifadə olunması üçün strateji əhəmiyyət daşıyır. Bu dəyişiklik regionlararası yükdaşımaları daha da asanlaşdıracaq, nəqliyyat dəhlizlərinin səmərəliliyini artıracaq və qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirəcək.

Eyni zamanda qeyd olunub ki, çoxtərəfli kvota sisteminin genişləndirilməsi Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi çərçivəsində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. İclasda üzv ölkələr bu məsələyə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı və daha inteqrasiya olunmuş nəqliyyat sisteminin formalaşdırılması baxımından konstruktiv yanaşmağa çağırılıb.

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.