• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Parisdə Üzeyir Hacıbəyovun 140 illiynə həsr edilmiş tədbir keçirilib

Dekabr 18, 2025
A A

Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqi axşamı keçirilib.

Globalart.az xəbər verir ki, musiqi axşamı Üzeyir Hacıbəylinin musiqi irsinin əsas incilərindən olan “Aşıqsayağı” əsəri ilə açılıb. Azərbaycan musiqi ənənəsində dərin köklərə malik bu simvolik əsər milli musiqi irsi ilə XX əsr müasirliyi arasında bədii dialoq ovqatı bəxş edib.

Həmçinin, Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayevin əsərləri də səsləndirilib. Bu seçim Avropa və Azərbaycan musiqi estetikasının zəngin bədii mübadiləsini əks etdirib. Əsərlər Səidə Zülfüqarova (piano), Giyom Martinye (violonçel) və Florian Maviel (skripka) tərəfindən yüksək peşəkarlıqla ifa olunub. İfaların keyfiyyəti, tembrlərin harmoniyası və dərin ifadəliliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, XX əsr musiqi repertuarının zənginliyini və müasirliyini də ön plana çıxarıb. Musiqi axşamı sənətin xalqlar arasında yaxınlaşmanı təşviq edən güclü vasitə olduğunu bir daha nümayiş etdirib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun sülh sənətçisi Hedva Ser, eləcə də Monqolustanın Fransadakı səfirinin nümayəndəsi də musiqi axşamına qatılıblar.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.