• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Polşa parlament nümayəndə heyəti ilə görüşdə

Oktyabr 1, 2025
A A

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sentyabrın 30-da Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə  işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva Polşa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Sevinc Fətəliyeva qeyd edib ki, dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətləri həm dövlət başçıları, həm də parlamentlər səviyyəsində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, mədəni, siyasi, diplomatik və humanitar sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Bu əlaqələrin möhkəmləndirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı etimadın daha da dərinləşməsinə xidmət edəcək.

Öz növbəsində qonaq, Polşa Milli Assambleyasının Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitek göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq münasibətlərimizin inkişafında əhəmiyyətli rola malikdir. Biznes və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi ölkələrimiz arasındakı strateji tərəfdaşlığı daha da gücləndirəcək və qarşılıqlı iqtisadi maraqların təmin olunmasına mühüm töhfə verəcəkdir.

Müzakirələrdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Asim Mollazadə, Sevil Mikayılova,Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun üzvləri Tomaş Qlovski, Rişard Vilk, Qjeqoj Matuşak çıxış edərək dövlətlərimiz arasındakı münasibətlərin tarixindən və parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.

Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.

 

Globalart.az

 

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.