• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Prezident Administrasiyasının rəhbəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib

Noyabr 14, 2025
A A

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Globalart.az xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.

Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla muxtar respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib.

Bildirilib ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qaşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir.

Azərbaycan Prezidentinin noyabrın 12-də yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib.

Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini muxtar respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlətimizin başçısının göstərdiyi etimadın doğruldulacağına ümid etdiyini bildirib.

Ceyhun Cəlilov yüksək etimada görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib və göstərilmiş etimadı doğruldacağını qeyd edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.