• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Prezident Ərdoğan qəzaya uğrayan təyyarənin “qara qutu”sunun tapıldığını bildirib

Noyabr 13, 2025
A A

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”sunun çıxarıldığını elan edib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Ankarada hakim Ədalət və İnkişaf Partiyasının rəsmiləri ilə danışan Türkiyə lideri təyyarənin Azərbaycanda keçirilən hərbi paradda iştirak edən hərbçiləri daşıdığını bildirib.

“Türkiyəyə uçan hərbi-nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Siqnaxi bölgəsində qəzaya uğrayıb. Ölkəmizin 20 oğlunun itkisini böyük kədər hissi ilə elan edirəm. Şəhidlərin ailələrinə və yaxınlarına, həmçinin bütün 86 milyonluq xalqa dərin hüznlə başsağlığı verirəm”, – deyə Prezident Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin Milli Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirlikləri dərhal faciənin araşdırılmasına qoşulub, aktiv axtarış-xilasetmə əməliyyatına başlanılıb. Fəlakət bölgəsinə dronlar göndərilib.

“Təyyarənin qalıqları yerli vaxtla saat 17:00-da aşkar edilib və ərazi mühasirəyə alınıb. Təhqiqat üçün Gürcüstana 46 mütəxəssisdən ibarət qrup göndərilib”, – deyən Prezident faciənin baş verdiyi yerdə 19 hərbçinin nəşlərinin tapıldığını və daha bir əsgərin axtarışının davam etdiyini qeyd edib.

Türkiyənin dövlət başçısı hərbi təyyarə qəzasını Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla müzakirə etdiyini bildirib.

“Bu faciə təkcə türk xalqına deyil, həm də Azərbaycandakı qardaşlarımıza və Gürcüstandan olan dostlarımıza kədər gətirdi. Gürcüstan hakimiyyəti sıx əməkdaşlıq edir və bu prosesdə bizə bütün mümkün dəstəyi göstərir. Eyni şey hər cür töhfə verməyə hazır olan Azərbaycandakı qardaşlarımıza da aiddir”, – deyə Türkiyə Prezidenti bildirib.

Siyasətçi vurğulayıb ki, Ankara qəza zonasındakı bütün fəaliyyətləri yaxından izləyir. “Bu hadisənin bütün səbəblərini müəyyən etmək üçün lazımi ətraflı işləri aparacağıq”, – deyə o əmin edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.