• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Prezident Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabr 26, 2025
A A

Prezident Kitabxanasının konfrans zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru professor Afət Abbasova 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxan və əbədi yaşadılacaq bir tarix olduğunu vurğulayıb.

O qeyd edib ki, Anım Günü 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsini yad etmək məqsədilə Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilib.

Afət Abbasova çıxışında, həmçinin diqqətə çatdırıb ki, bu Zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik sərkərdəlik bacarığı və uzaqgörənliyi nəticəsində mümkün olub. Onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, xalqımızın qəhrəmanlıq salnaməsini yazmışdır.

Tədbirdə çıxış edən bölmə müdirləri Kəmalə Qasımova, Zakir İsmayılov, Prezident Kitabxanasının direktorunun müşaviri Nazim Mustafa, kitabxana fondu bölməsinin məsləhətçi-biblioqrafı Rəxşan Quliyeva 44 günlük Vətən müharibəsinin milli tariximizdəki mühüm rolundan bəhs edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.