• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində olub

Dekabr 23, 2025
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Globalart.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu və söhbət etdi.

Gənc qadın: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz bizim Vətənə, elimizə, obamıza – Kərkicahan qəsəbəsinə.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Yaşlı qadın: Xoş gəlmisən, xoş gəlmisən.

Prezident İlham Əliyev: Sağ ol, necəsiniz?

Yaşlı qadın: Sağlığın, başına dönüm.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma Vətənə.

Yaşlı qadın: Səni Allah saxlasın.

Prezident İlham Əliyev: Sağ ol.

Yaşlı qadın: Sən ki Azərbaycan millətini öz Vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: Sağ ol. İndi necə yaşayırsınız burada, rahat yaşayırsınız?

Yaşlı qadın: Rahat, qəşəng. Allah Sizə dəyməsin. Dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Sağ ol. Ev də gözəldir.

Yaşlı qadın: Gözəldir, qəşəngdir.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Yaşlı qadın: Gəncədə. Köçüb Gəncəyə getmişdik. Balaca yataqxanalar var idi.

Prezident İlham Əliyev: Yataqxanada?

Yaşlı qadın: Bəli. Biri orada, biri burada, bir-birinə qarışıq. Çox sağ olun, indi gözəl evlər vermisiniz.

Prezident İlham Əliyev: 34 ildən sonra.

Yaşlı qadın: Hə, 34 ildən sonra Kərkicahan qəsəbəsinə gəlmişik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Təbrik edirəm sizi. Xoşbəxt yaşayın. Allah cansağlığı versin, uzun ömür versin. Hər şey təmirli və yüksək səviyyədədir.

Yaşlı qadın: Sağ ol, başına dönüm.

Gənc qadın: Çox gözəl nəticədir, cənab Prezident. Elimizə, obamıza yığışdıq, şükür. Allah Sizi Prezidentlikdən əskik eləməsin. Həmişə var olun. Kərkicahan qəsəbəsinə də xoş gəlmisiniz. Evimizin ilk qonağı Siz oldunuz, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, bir daha təbrik edirəm sizi. Rahat yaşayın doğma torpaqda.

Yaşlı qadın: Allah Sizin canınızı sağ eləsin, Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qadın: Fürsətdən istifadə edərək Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm.

Prezident İlham Əliyev: Sizi də təbrik edirəm. Bala neçə aylıqdır?

Gənc qadın: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? Maşallah.

Gənc qadın: Kərkicahana ilk köçənin balası.

Prezident İlham Əliyev: Gəncədə doğulub?

Gənc qadın: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Gənc qadın: Çox sağ olun.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.