• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Prezidentin AMEA-nın yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masa keçirilib

Dekabr 3, 2025
A A

Dekabrın 3-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Globalart.az xəbər verir ki, tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı qalibiyyət ruhunu alimlərlə bölüşmək və elmi hədəflərə yönəltmək məqsədini daşıyıb. Prezident çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi, tarixi və mədəni irsin təbliği, süni intellekt, kibertəhlükəsizlik, sənaye və hərbi sənayenin inkişafı, bərpaolunan enerji və geoloji kəşfiyyat sahələrinə diqqət çəkilib. Dövlətimizin başçısı, həmçinin tariximizin elmi əsaslarla öyrənilməsi və toponimlərin qorunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digər ekspertlər çıxış ediblər.

Vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Prezident İlham Əliyevin alimlərə ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daimi istinad nöqtəsi olmalıdır.

Çıxışlarda elmin inkişafı, təhsil inteqrasiyası, beyin mərkəzlərinin rolu, qlobal təhlükəsizlik çağırışları, dövlət idarəçiliyinin akademik əsasları və yeni tədqiqat istiqamətləri kimi mövzular geniş müzakirə olunub.

Tədbir ekspert müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.