Prokurorluq əməkdaşları Azərbaycan Dövlət Akademik Filarmoniyasında 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbirdə iştirak edib
A
A
Globalart.az Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən xəbər verir ki, 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 107-ci ildönümü ilə əlaqədar sentyabrın 29-da prokurorluq əməkdaşları Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə iştirak edib.
Tədbirdə Baş Prokurorluğun rəhbərliyi, habelə prokurorluq əməkdaşları, prokurorluğun veteranları və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri iştirak edib.
Konsertdə solistləri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Globalart.az

