Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 5 min turist gəlib
2025-ci ildə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 4995 yerli və xarici turist səfər edib. Qoruğu ziyarət edənlərin 3463-ü yerli turist, 1532-si isə xarici ölkə vətəndaşı olub. Əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 200-ə yaxın artıb.
Bu barədə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktorun sözlərinə görə, əcnəbi turistlər arasında Polşa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə ərazidə dövrü olaraq aparılmış arxeoloji qazıntılar, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Qoruq ərazisində görülən işlər, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib. Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib.
Globalart.az