Qəbələdə stolüstü tennisçilər 9 medal qazandılar
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışlarına yekun vurulub. İdmançılarımız son oyun günündə daha 3 medal qazanıblar. Şəxsi yarışlarda Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova gümüş medala sahib olublar.
Beləliklə, stolüstü tennisçilər III MDB Oyunlarını 6 gümüş, 3 bürünc medalla başa vurublar.
Globalart.az
