• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Qarabağ” FK-un baş məşqçisi Qurban Qurbanov: “Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq”

Yanvar 29, 2026
A A

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bu uğura nail olmaq üçün çox əziyyət çəkdiklərini söyləyib: “İkinci dəfə idi turnirin əsas mərhələsində çıxış edirdik. Bu il oyunların sayı daha çox oldu. Yaxşı nəticələr əldə edildi. Bu, futbolumuz üçün vacib idi. Xalqımızı təbrik edirəm”.

O, növbəti raunddakı potensial rəqibləri – “Nyukasl” və PSJ barədə də fikirlərini bölüşüb: “Əsas məqsəd maksimum nəticə göstərmək olacaq və bütün klublar bunun üçün çalışacaq. Bu mərhələdə heç bir rəqibi bir-birindən ayırmaq olmaz. Bəlkə bu gün PSJ daha çətin rəqib hesab edilə bilər. Amma İngiltərə klublarının da göstərdiyi oyun hamıya bəllidir. Onların gücünü bilirik. Daha yaxşı idman formasında olan komanda yüksək nəticə əldə edəcək”.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.