• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Qarabağ”-ın baş məşqçisi Qurban Qurbanov: “Gözəl qələbə qazanıldı”

Oktyabr 2, 2025
A A

Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçının (2:0) ardından “Qarabağ”-ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.

Globalart.az “Qarabağ” Futbol Klubuna istinadən xəbər verir ki, Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə, bir-birilərinin arxasında idilər. Şükür Allaha, belə gözəl qələbə qazanıldı. Qarşımızda “Kopenhagen” olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumilikdə bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək”.

Baş məşqçi ilk iki turdan sonra komandamızın 6 xal toplamasına da münasibət bildirib:

“Məndə bu uğura inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız keçdi. Ancaq cəmi bir qalibiyyət qazandıq. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Ortada çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyyə edirəm.

Çox gözəl, çox xoş hissdir. Biz Azərbaycanın “Qarabağ”ıyıq. Bu uğura sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.