• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.

Sentyabr 22, 2025
A A

Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.

Globalart.az APA-ya istinadən xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.

Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib. Yəni bütün ifaçılar hələ də yarışda qalaraq qələbə uğrunda mübarizəni davam etdirirlər.

Münsiflərin qərarına əsasən, birinci yeri 126 xalla malayziyalı müğənni Yazmin Əziz tutub. İkinci yeri 122 xalla özbək ifaçı Madinabonu Adilova, üçüncü və dördüncü yerləri isə müvafiq olaraq 120 xalla türkmənistanlı Dovran Şammiyev və gürcü iştirakçı Avtandil Abeslamidze bölüşüblər.

“Silk Way Star” beynəlxalq müsabiqəsi 10 epizoddan ibarətdir və hər buraxılışın müddəti 100 dəqiqədən artıqdır. Yarışma qazax, çin və ingilis dillərində yayımlanır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri təqdim edəcəklərini bildiriblər.

Müsabiqəyə sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək. Final “Grand Şou” noyabrın 22-də baş tutacaq.

Yarışma zamanı diqqətçəkən anlar da yaşanıb. Belə ki, Azərbaycan və Ermənistanı təmsil edən münsiflər qarşılıqlı jest ediblər: azərbaycanlı jüri erməni ifaçı Saro Gevorgyana ən yüksək bal – 10 xal verib, erməni jüri isə cavab olaraq Azərbaycan təmsilçisi Səbinə Quluzadəni 10 xala layiq görüb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.