QDİƏT PA-nın komitə iclasında
A
A
Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, deputat Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) İqtisadi siyasət və inkişaf komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 13-də Serbiyanın Belqrad şəhərinə səfər edəcək.
Komitənin iclasında “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” adlı hesabat və tövsiyə layihəsi müzakirə olunacaq.
Səfər oktyabrın 15-də başa çatacaq.
Globalart.az

