• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Qeyri-qida sənaye məhsullarına dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Oktyabr 9, 2025
A A

Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Globalart.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə 10 oktyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4q123nI linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun şəkildə texniki reqlament layihələri üzrə rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu prosesdə fəal iştirakının təşviqi, həmçinin bu reqlamentlərdə müəyyən edilən tələblər və onların tətbiqindən əldə olunan müsbət nəticələr barədə ictimai məlumatlılığın artırılması məqsədilə həyata keçiriləcək.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair verilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, eləcə də aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. 

Globalart.az

 

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.