• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib

Fevral 9, 2026
A A

Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı da bu mənada istisna deyil.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festival çərçivəsində fevralın 7-də Qəbələdə Azərbaycan ilə İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.

Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun “İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, Tofiq Quliyevin “Bakılıyam mən”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızıl üzük”, Vasif Adıgözəlovun “Qərənfil”, “Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencello vuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin iki romansı, C.Biksionun “Parlami D amore Mariu” əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçinin solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) və Aysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin “Dostluq mahnısı”nı ifa ediblər.

Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.