• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb

Dekabr 25, 2025
A A

Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.

Azərbaycanın Moskvadakı səfirliyindən Globalart.az-a verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və xalqlar arasında etimadın qorunmasının vacibliyini daim xatırladacaq.

Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun rəmzinə çevriləcək.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.