• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək

Noyabr 18, 2025
A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəkləməyə kursunun dəyişməz olaraq qalacağını bildirib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Ankarada keçirilən iclasının yekunlarına dair keçirilən brifinqdə çıxış edərək o, Vətən Müharibəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakının əhəmiyyətini vurğulayıb.

“Biz Bakıda Azadlıq meydanında Zəfər Gününü qeyd edərək, Azərbaycandan olan qardaşlarımızın yanında idik. Türkiyə həm kədərli, həm də sevincli anlarda, “Bir millət, iki dövlət” kəlamı kontekstində hər cür Azərbaycanın yanında olmağa davam edəcək”, – deyə Prezident əmin edib.

Dövlət başçısı, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstan səmasında qəzaya uğraması mövzusuna da toxunub.

Türkiyə lideri dünyanın hər yerindən Ankaraya başsağlığı məktublarının gəldiyini qeyd edib. “Türkiyənin ağrısını bölüşən bütün dost və qardaş ölkələrə minnətdaram”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan hakimiyyəti faciənin ilk dəqiqələrindən etibarən axtarış-xilasetmə qruplarının daşınması, təyyarənin parçalarının yerinin müəyyən edilməsi və qəza bölgəsində təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla, Türkiyə ilə sıx əməkdaşlıq edərək bütün imkanlarını birləşdirib: “20 türk hərbçisinin həyatına son qoyan qəzanın mənzərəsi türk ekspertlərinin işi və uçuş məlumatlarını qeyd edən cihazın məzmununun təhlilindən sonra daha aydın olacaq”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.