• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Rəssam Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Fevral 13, 2026
A A

Azərbaycan Rəssamlar İttifaqının qalereyası Daun sindromlu görkəmli rəssam Məryəm Ələkbərlinin sərgisini açmağa hazırlaşır. Sərgi fevralın 15-dən 24-dək davam edəcək. Açılış mərasimi fevralın 14-də baş tutacaq və rəssamın anım gününə təsadüf edəcək.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgidə 46 əsər nümayiş olunacaq. Məryəm Ələkbərlinin qısa ömrü ərzində 43 sərgisi keçirilib. Bakıdakı ilk sərgilərindən sonra onun rəsmləri Rusiya, Fransa, Türkiyə, ABŞ, İtaliya, Yaponiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru və sərginin kuratoru Elçin Şamillinin sözlərinə görə, Məryəmin əsərlərində diqqəti ən çox çəkən məqam bu tabloların fantastik enerjisidir: “Bu, sizi dərhal valeh edir və bir əsərdən digərinə aparır. Onun əsərlərinin nə qədər fövqəladə olduğunu labüd şəkildə dərk edirsiniz. Bu, kiminsə xoşuna gəlmək istəyinin olmadığı, özünü tam şəkildə ifadə etmək və bizi əhatə edən hər şeyə dair anlayışınızı əks etdirmək üzrə səylərin yer aldığı yeni bir dünyadır. Onun mücərrəd əsərləri çox təəccüblüdür. Sadə bir həqiqəti elə cəsarətlə bəyan və müdafiə etmək olar ki, sənətimizdə buna bənzər bir şey heç vaxt görünməyib. Onun bu əsərlərinin azadlıq ruhu bizə qeyri-iradi olaraq qanad verir, yüksəlişimizə mane olan hər şeydən qurtarır, həmçinin əbədi adlandırdığımız həqiqətlərə doğru yüksəlməyə sövq edir”, – deyə Elçin Şamilli qeyd edib.

Rəssam Məryəm Ələkbərli 2025-ci il fevralın 14-də dünyasını dəyişib. Onun cəmi 33 yaşı var idi…

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.