• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Ramil Qasımov: “Toska” operasında Kavaradossi rolunu ifa etmək arzum idi

Yanvar 12, 2026
A A

Hər rolun özünəməxsusluğunu yaratmaq və operasevərlərə düzgün təqdim etmək böyük məsuliyyət tələb edir. Bizdən öncə səhnədə sözünü demiş sənətkarlar isə həmişə bizim üçün ilham mənbəyi olub.

Globalart.az tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımovın “AZƏRTAC”a açıqlamasına istinadən bunu xəbər verir.

“Yadımdadır ki, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Toska” operasına baxmışdım. Bu tamaşa yaddaşımda unudulmaz iz buraxmışdı. Toska rolunda dövrümüzün canlı əfsanəsi, Xalq artisti Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi, Xalq artisti Rauf Abdullayev çıxış edirdi. Həmin tamaşada səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik süjet xətti mənə unudulmaz təsir bağışlamışdı. Elə həmin gün bir qərar verdim və haçansa bu partiyanı özüm ifa etmək arzusunda idim. O arzu gerçəyə çevrildi”, – deyə opera ifaçısı vurğulayıb.

Bu günlərdə Opera və Balet Teatrının təqdimatında “Toska” operasında Kavaradossi partiyasını ifa edən Ramil Qasımov deyib: “Dünya opera incilərindən olan Cakomo Puççininin “Toska” operası dinindən və dilindən asılı olmayaraq, musiqini sevən, ona ruhu ilə bağlı olan hər kəsə bir töhfədir. Əsərin dramaturji xəttini ifam ilə təqdim etməzdən əvvəl teatrın direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazovdan tövsiyələr aldım. Düşünürəm ki, ilk dəfə ifa etdiyim Kavaradossi partiyası növbəti tamaşalarda təkmilləşərək daha da mükəmməl olacaq”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.