Rauf Canıbəyovun “İncəsənətə doğru” adlı fərdi sərgisi açılacaq
A
A
Globalart.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, 11 oktyabr tarixində Bakı Fotoqrafiya Evində rəssam Rauf Canıbəyovun “İncəsənətə doğru” adlı fərdi sərgisi açılacaq. Sərgidə müəllifin ilk dəfə təqdim olunan yeni işləri, müxtəlif mövzu və texnikalarda işlənmiş əsərləri nümayiş olunacaq. Ziyarətçiləri dəniz daşları üzərində çəkilmiş unikal rəsmlər, həmçinin İçərişəhərin ruhunu əks etdirən tablolar gözləyir.
Sərgi 17 oktyabradək davam edəcək.
Məkan: Bakı Fotoqrafiya Evi. Giriş sərbəstdir.
Globalart.az

