• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Rənglərin dili ilə danışan rəssam: Yaşar Səmədov

Noyabr 3, 2025
A A

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Əməkdar Müəllim Yaşar Səmədov 75 illik yubileyi münasibətilə fərdi qrafika və rəngkarlıq sərgisinin Azərbaycan Rəssamlar İttifaqında açılışı keçirilib.

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək, ömrünü rənglərin dili ilə danışmağa, ruhun səsini incəsənət vasitəsilə ifadə etməyə həsr edib. Yaşar müəllim üçün incəsənət yalnız gözəllik yox, həm də mənəvi hesabatdır, Tanrı, vicdan və xalq qarşısında. Sərgi ərəfəsində Yaşar müəllim Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani ilə eksklüziv müsahibədə öz fikirləri ilə paylaşır.

 

Rəssam Yaşar Səmədov və Cəmalə Naxçıvani, Global Art jurnalının baş redaktoru

 

– Yaşar müəllim, bu gün 75 illik yubileyiniz və qrafika ilə rəngkarlıq üzrə fərdi yaradıcılıq sərginiz keçirilir. Bu sərgi ilə bağlı hisslərinizi bölüşərdiniz bizimlə.

– Bu sərgi mənim üçün sadəcə bir yaradıcılıq nümayişi deyil, həm də bir hesabatdır. Ömrün hesabatı, yaradıcılığın hesabatı… İnsan əslində ömrü boyu hesabatla yaşayır. Tanrının qarşısında, vicdanı qarşısında, xalqı qarşısında. Bu sərgi də həmin mənəvi hesabatın bir parçasıdır.

Yaradıcılığımda daim Vətənə olan sevgimi ifadə etməyə çalışmışam, çünki mənim üçün Vətən sevgisi hər şeyin başlanğıcıdır. Mən həmişə deyirəm ki, sevgi, xüsusən də Vətən sevgisi duza bənzəyir. Necə ki, duz bütün yeməklərə dad verir, eləcə də Vətən sevgisi sənətin hər növünə ruh və dəyər qatır. Əgər sənət əsərində Vətənə olan sevgi yoxdursa, o əsər ruhsuz olur. Amma indi elə əsərlər var ki, baxırsan, müəllifin kimliyini hiss edə bilmirsən. Bu çox vacibdir. Sənət əsəri öz kökünü, milli kimliyini ifadə etməlidir.

– Siz tez-tez “sənətə xəyanət etmək olmaz” ifadəsini söyləyirsiniz. Bununla nəyi nəzərdə tutursunuz?

– İnsan heç bir sahəyə, heç bir insana, nə dosta, nə ailəyə, nə də sənətə xəyanət etməməlidir. Çünki sənətə xəyanət edən insan elə öz ürəyinə xəyanət edir. Sənət elə bir aləmdir ki, sən orada öz ruhunu, hissini, iç dünyanı ifadə edirsən. Ona görə də sənət adamı dürüst olmalıdır.

İnsan öləndən sonra ruh yaşayır, bədən yox olur, amma ruh qalır. Sənətkar da ruhla yaradır. Ruhla yaradılan heç vaxt ölmür. Elə buna görə də deyirəm. Sənət adamları doğulur, amma ölmür. Onların yaratdıqları əsərlər yaşayır, bu da ruhun davamıdır.

 

Müsahibəni apardı: Cəmalə Naxçıvani, Global Art jurnalının baş redaktoru

 

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.