“RobotChallenge 2026” beynəlxalq çempionatının milli mərhələsi təşkil olunacaq!
Gənclər və İdman Nazirliyi və “Azercell”in əsas dəstəyi ilə dünyanın ən böyük və ən prestijli robototexnika yarışmalarından biri olan “RobotChallenge” artıq Azərbaycanda.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, RobotChallenge – 2004-cü ildən keçirilən və 80-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirən qlobal texnologiya festivalıdır. Bu yarışma gənclərin yaradıcılığını, texniki bacarıqlarını və komandada işləmə qabiliyyətini inkişaf etdirməyi hədəfləyir.
Yarışmada iştirak edən komandalar öz robotlarını sıfırdan dizayn edir, proqramlaşdırır və beynəlxalq arenada sınağa çıxarır. Bu, yalnız bir yarışma deyil, gələcəyin mühəndisləri, ixtiraçıları və texnologiya liderləri üçün atılan böyük bir addımdır.
Tarix: 13-14 iyun
Məkan: Bakı Kristal Zalı
Qeydiyyat üçün link: www.robotchallenge.az
Qaliblər Çində keçiriləcək möhtəşəm beynəlxalq finalda Azərbaycanı təmsil edəcəklər.
Bu fürsət gənclərə qlobal səviyyədə tanınmaq, təcrübə qazanmaq və dünyanın ən yaxşı komandaları ilə bir araya gəlmək imkanı verir.
Globalart.az