• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Səfir: ABŞ ilə imzalanmış Xartiya Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinin daha bir mühüm amilinə çevriləcək

Fevral 19, 2026
A A

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi Rusiyaya iqtisadi və logistik üstünlüklər gətirə bilər.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Cey Di Vensin Bakıya səfərinin yekunlarını və Azərbaycan-ABŞ strateji tərəfdaşlıq haqqında Xartiyasının imzalanmasını şərh edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI telekanalına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycanın xarici siyasəti əsas qlobal güc mərkəzləri ilə balanslaşdırılmış qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurulub. “Onun təməlində aparıcı dünya oyunçularına balanslaşdırılmış yanaşma, qonşularla qarşılıqlı faydalı əməkdaşlıq və məsuliyyətli siyasət prinsipləri dayanır”, – deyə o qeyd edib.

Səfir vurğulayıb ki, ABŞ ilə tərəfdaşlığın inkişafı rəsmi Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərinə zidd deyil. “ABŞ ilə imzalanmış Xartiya Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinin və Cənubi Qafqazda sabitliyin daha bir mühüm amilinə çevriləcək ki, bu da siyasi baxımdan regionun bütün ölkələrinə, o cümlədən Rusiyaya birbaşa fayda verir”, – deyə R.Mustafayev bildirib.

Təşəbbüsün iqtisadi ölçüsündən danışan səfir qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsi və Zəngəzur dəhlizinin açılması zamanı Rusiya yeni nəqliyyat imkanları əldə edəcək. “Rusiya da fayda əldə edəcək, onun həyata keçirilməsi Şimal–Cənub dəhlizini gücləndirəcək, Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi və Aralıq dənizi limanlarına çıxış imkanını, həmçinin İran, Fars körfəzi və Hind okeanı limanlarına çıxış imkanı əldə edəcək”, – deyə səfir diqqətə çatdırıb.

Diplomat qeyd edib ki, Cənubi Qafqazda nəqliyyatın qarşılıqlı bağlantısının inkişafı regional sabitliyin və beynəlxalq ticarət marşrutlarının genişləndirilməsinin mühüm elementi kimi nəzərdən keçirilir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.