• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirələri anılıb

Yanvar 2, 2026
A A

Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun və Dövlət Sərhəd Xidmətinin şəhid zabiti, mayor Murad Məmmədovun doğum günüdür.

Globalart.az xəbər verir ki, bununla əlaqədar Hərbi Memorial Məzarlıqda Polad Həşimovun və Murad Məmmədovun xatirələri yad olunub.

Anım mərasimində hər iki şəhidin məzarları üzərinə əklil qoyulub, gül dəstələri düzülüb, ailələrinə başsağlığı verilib, qəhrəmanların ruhlarına dualar oxunub, onların əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçən Polad Həşimov orta təhsil buradakı 28 və 34 nömrəli məktəblərdə alıb. Sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib. Tağım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

Polad Həşimov 2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ona general-mayor ali hərbi rütbəsi verilib. P.Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezidentin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Şəhid mayor Murad Məmmədov 1986-cı il yanvarın 2-də Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakıdakı 278 nömrəli məktəbdə orta təhsilini müvəffəqiyyətlə başa vuran Murad atasının yolunu davam etdirərək hərbçi olub. Murad Məmmədov Vətən müharibəsində əks-həmlə əməliyyatının ilk iştirakçılarından olub. O, müharibədə ağır döyüş əməliyyatlarında fəal iştirak edib, düşmənin canlı qüvvə və texnikasının məhv olunmasında xüsusi şücaət göstərib. M.Məmmədov nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalları ilə təltif edilib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin 2022-ci il noyabrın 30-da təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu, o cümlədən mayor Murad Məmmədov həlak olub, iki hərbçi yaralanıb.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.