• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Şəhid və qazi övladları üçün “Futbol günü” adlı tədbir keçirilib

Oktyabr 13, 2025
A A

Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı, “Neftçi” və Türkiyənin “Galatasaray” Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün “Futbol günü” adlı tədbir keçirilib.

Globalart.az “SOCAR”a istinadən xəbər verir ki, şəhid və qazı övladları əvvəlcə “Palms Sports” Futbol Mərkəzində olublar. Burada uşaqlara “Neftçi” klubu haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.

Uşaqlar “Neftçi” klubunun A komandasının baş məşqçisi Samir Abbasov və futbolçular ilə görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

A və B komandalarımız arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara “Neftçi” Peşəkar Futbol Klubunun adından xatirə hədiyyələri təqdim olunub.

Günün ikinci yarısında isə şəhid və qazı övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.

Şəhid və qazı övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.

Sonra uşaqlar “Galatasaray” klubunun futbolçularının şəhid və qazı övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara “Galatasaray” Futbol klubunun formaları hədiyyə olunub.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.