• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Səhiyyə naziri Teymur Musayev Ankarada

Noyabr 26, 2025
A A

Prezident İlham Əliyevin düşünülmüş siyasəti və əzmkarlığı sayəsində Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Səhiyyə sahəsində əldə olunan irəliləyiş isə dövlətin əsas prioritetlərindən biridir.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Ankarada keçirilən 11-ci Türk Tibb Dünyası Qurultayının iştirakçılarına müraciətində bildirib.

Nazir çıxışında iştirakçıların diqqətini səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə yönəldib.

Teymur Musayev qeyd edib ki, Türk Tibb Dünyası qurultayları 2014-cü ildən etibarən yüksək səviyyədə təşkil olunur və burada aparılan müzakirələrin nəticələri milli səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verir. “Bu illər ərzində platformamız Türk dünyasının səhiyyə qurumları və alimləri arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib bir məkana çevrilib”, – deyə nazir vurğulayıb.

Bununla bağlı T.Musayev Türk dünyasının tibbi qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra təkliflər səsləndirib. O bildirib: “Türk dünyası üçün vahid tibbi-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsilin ümumi standartlarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir”.

Nazir, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinə “Türktransplant” vahid informasiya sisteminin yaradılması təşəbbüsünə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.

“Fəxrlə deyə bilərəm ki, Azərbaycan transplantologiya sahəsində tarixi bir nailiyyət əldə edib. Ötən ay Qafqaz regionunda ilk dəfə olaraq, ən yüksək peşəkar səviyyədə ölkəmizdə ürək köçürülməsi əməliyyatı icra olunub”, – deyə səhiyyə naziri qeyd edib.

T.Musayev müasir dövrün çağırışlarına da toxunaraq bildirib ki, bu çağırışlar əhalinin sağlamlığının və rifahının qorunması üçün dövlətlərdən daha çox səylər tələb edir. “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial dəyərlərin dəyişdiyi və vətəndaş gözləntilərinin artdığı hazırkı mərhələdə ənənəvi tibbi xidmət yanaşmaları kifayət etmir. Dövlət siyasəti hərtərəfli, yüksək keyfiyyətli və bərabərhüquqlu tibbi xidmətin təmin edilməsini nəzərdə tutmalıdır”, – deyə o vurğulayıb.

Nazir, həmçinin müasir cəmiyyətin inkişaf dinamikasında baş verən dəyişikliklərə diqqət çəkib: “İnsanların ömür uzunluğu artır, xroniki xəstəliklərin yayılma tezliyi yüksəlir. Bununla yanaşı, iqlim dəyişiklikləri və digər amillər əhali üçün yeni sağlamlıq riskləri yaradır. Artıq vətəndaşlar tibbi xidmətlərin passiv istehlakçıları deyil, səhiyyə sisteminin aktiv iştirakçılarıdır”.

Onun sözlərinə görə, texnologiyaların inkişafı xəstələrə məlumatlara operativ çıxış imkanı yaratmaqla yanaşı, eyni zamanda manipulyasiya və yanlış məlumatlandırma risklərini də artırır: “Dezinformasiya ilə mübarizə milli səhiyyə sahəsində təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilməlidir. Hökumətlərin ictimai rəyə həssaslığı da eyni dərəcədə önəmlidir. Bu gün hər zamankından daha çox texnologiyaları yaxşı bilən və pasiyentyönümlü peşəkar tibbi kadrlara ehtiyac var. Dövlətlər bu məsələdə innovativ, rəqəmsal və inklüziv həllər kimi idarəetmə üsullarına üstünlük verirlər”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.