Səhnədə hisslərin zirvəsi: Dior Yaz-Yay 2026 kolleksiyası
Paris Moda Həftəsinin ən çox müzakirə olunan hadisələrindən biri Dior-un Yaz 2026 kolleksiyası oldu. Brendin yeni bədii direktoru Jonathan Anderson, “Do you dare enter… the House of Dior?” (“Dior evinə girməyə cəsarətin varmı?”) sözləri ilə başlayan şousu ilə auditoriyanı cəsarətli bir yenilənməyə dəvət etdi.
Tuileries bağlarında qurulmuş nəhəng pavilyonda Anya Taylor-Joy, Charlize Theron, Jennifer Lawrence, Rosalía, Jisoo və Brigitte Macron kimi qonaqlar toplaşmışdı. Gri mərmər podiumun üzərində asılmış tərsinə çevrilmiş piramidanın fonunda Anderson Dior tarixini simvolik olaraq “yenidən yandırdı”.
Şounun əvvəlində nümayiş olunan film sənədçi Adam Curtis tərəfindən hazırlanmışdı — Dior-un arxiv kadrları, 60-cı illərin filmləri və Hiçkokun klassik səhnələri birləşərək keçmişin enerjisini götürüb, yeni bir başlanğıca çevrildi.
Anderson bu kolleksiya ilə Dior-un banisi Christian Dior, eləcə də keçmiş dizaynerlər Maria Grazia Chiuri və John Gallianoya hörmətini göstərsə də, əsas məqsədi “keçmişi təmizləyib” öz dövrünü başlatmaq idi.
Kolleksiya ağ rəngli, işıqlı və heykəlsi formalarda təqdim olundu. İlk görünüş – ağ plissé don oldu. Anderson Dior-un klassik “H” və “A” xətlərindən uzaqlaşaraq “harmoniya və gərginlik” arasında yeni bir forma dili yaratdı. Bar ceketləri, kukla ölçülərində bərpa edilmişdi, ipək və danteldən hazırlanmış geyimlər isə həm retro, həm futuristik təsir bağışlayırdı.
Dizayner həmçinin kişi və qadın xətlərini birləşdirdi — sərt yaxalı köynəklər, trikotaj pelerinlər və denim mini-ətəklər Dior-a gənc və enerjili ruh qazandırdı. Bu, Chiuri-nin praktik yanaşmasından fərqli olaraq, ideya və təxəyyül üzərində qurulmuş bir vizyon idi.
Kolleksiyanın ən zərif detallarından biri yüzlərlə miniatür tikmə ilə işlənmiş mini-Junon donları və arxiv geyimindən ilhamlanan yeni Cigale çantası idi. Ayaqqabılarda isə nəhəng gül aplikasiyaları ilə bəzədilmiş zərif mules və rahat loafers modelləri diqqət çəkdi.
Anderson-un mesajı aydın idi: Dior yandırıb yenidən doğulmaq bacarığına malik evdir. Onun bu cəsarətli addımı moda tarixində yeni bir fəsil açdı və auditoriyadan ayaqüstü alqış aldı.
Global Art


