“Sağlam həyat” avtomobili Mingəçevirdə
A
A
Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, III MDB Oyunları çərçivəsində səyyar “Sağlam həyat” avtomobili Mingəçevirdə olub. Tədbir çərçivəsində şəhər sakinləri müxtəlif idman növlərində qüvvələrini sınayıb, açıq hava məşqlərində iştirak ediblər. Tədbirdə 150-dək sakin iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Fortunamag.az
