“Sağlam həyat” avtomobili Şəkidə
A
A
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də səyyar “Sağlam həyat” avtomobili Şəkidə olub. Tədbir çərçivəsində şəhər sakinləri müxtəlif idman növlərində qüvvələrini sınayıb, açıq hava məşqlərində iştirak ediblər. Tədbirdə 100-dək sakin iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Globalart.az
