• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Şahmata həsr edilən ömür” təqdim edildi

Dekabr 23, 2025
A A

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.

Globalart.az  xəbər verir ki, adı ən uzunmüddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Faiq Həsənovun ömür yoluna həsr olunan təqdimat mərasimində çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov filmin müəllifi Azad Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib. O, Faiq Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan şahmat hərəkatının aradan çıxmamasının keşiyində duran şəxs olduğunu bildirib. Federasiya rəhbəri 85 yaşlı hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olduğunu deyib.

Sonra film nümayiş olunub. Filmdə Faiq Həsənovun uşaqlıq illəri, şahmata olan marağının yaranması, uzunillik hakimlik fəaliyyəti, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub.

Filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının Faiq Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub.

F. Həsənov vurğulayıb ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, 2025-ci ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərlə yadda qaldıqlarını söyləyib. O, həm Avropa, həm dünya çempionu olmuş qadın şahmatçı Ülviyyə Fətəliyevanın çıxışını yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.