Samboçularımız 8 medal qazandılar
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə yarışlarda idmançılarımızdan Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq) qızıl, Rüstəm Qasımzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+98 kq) gümüş, Mikayıl Amirov (71 kq), Sadiq Nadirov (79 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanıblar.
Globalart.az
