• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Şamil Ayrım: Biz mədəniyyətimizə sahib çıxaraq gənclərimizə də düzgün istiqamət verməliyik

Fevral 18, 2026
A A

İstanbulda keçirilən tarixi xalçaların sərgisi Azərbaycanın xalçaçılıq sənətinin tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Bunlar Azərbaycan mədəniyyətini, tarixini özündə əks etdirən XVII-XVIII əsrlərə aid xalçalardır. Təbii ki, biz mədəniyyətimizə sahib çıxmaqla yanaşı, gələcəyimiz olan gənclərə də bu irsi qorumaq və yaşatmaq üçün onlara düzgün istiqamət verməliyik. Gənclərimiz toxuculuq sənətini, onun tarixini, keçdiyi mərhələləri bilməlidirlər.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, İstanbulda Azərbaycanın XVII-XVIII əsrlərə aid saray xalçalarının sərgisinin açılış mərasimində iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Əsas hədəfin xalçaçılıq sənətinin daha böyük bir muzey vasitəsilə dünyaya çatdırılması olduğunu bildirən deputat deyib: “Muzeyimizi bölgənin ən güclü dövlətlərindən biri olan Türkiyədə qurmaq istəyirik. Burada Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik səviyyəsinə çatan münasibətləri də xüsusi vurğulamalıyıq. Türkiyədə belə bir muzeyin yaradılması həm islam coğrafiyası, həm də türkdilli dövlətlərdə böyük maraq yaradacağını düşünürük. Təbii ki, bu bir anda olacaq iş deyil. Muzeyin yaradılmasına doğru addım-addım irəliləyəcəyik. Bu sərgidə nümayiş etdirilən xalçaların sahibi Əmir Oskouein irəli sürdüyü bu layihəni Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti qurumlarına çatdırmışıq və müsbət qarşılanıb. Bundan sonrakı prosesi yaxından izləyəcəyik. Burada vacib olan tariximizə, mədəniyyətimizə sahib çıxmaqdır. Əmir kimi insanlar bu işi təkcə zövq üçün etmirlər, onlar hər naxışın, hər ilmənin mənasını da dərindən öyrənib, bizə çatdırırlar”.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.