• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Sarayevoda Üzeyir Hacıbəyovun 140 illiyi qeyd olunub

Dekabr 19, 2025
A A

Sarayevoda yerləşən Bosniya Mədəniyyət Mərkəzində Bosniya və Herseqovinanın (BvH) iki entitetindən biri olan BvH Federasiyasının Mədəniyyət və İdman Nazirliyinin, Sarayevo Musiqi, Səhnə və Təsviri İncəsənət Fondunun və “Amadeus” Fondunun birgə təşkilatçılığı ilə Milad-Yeni il konserti keçirilib. Bayram ab-havası ilə müşayiət olunan musiqi gecəsi mədəniyyətin birləşdirici gücünü nümayiş etdirərək müxtəlif yaş qruplarından olan dinləyiciləri bir araya gətirib.

Bu barədə Globalart.az-a Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyindən məlumat verilib. BvH Federasiyasının mədəniyyət və idman naziri Sanya Vlaisavlyeviç konsertin xüsusi və simvolik məna daşıdığını vurğulayaraq bildirib ki, bu cür tədbirlər ilin son günlərində insanlara sevinc, ümid və birlik hissi bəxş edir. Onun sözlərinə görə, Bosniya Mədəniyyət Mərkəzinin möhtəşəm akustik məkanında səslənən musiqi mədəniyyətlə cəmiyyəti, gənclərlə yaşlıları bir araya gətirərək bir ilin yola salınması və Yeni ilin qarşılanması üçün mənəvi körpü yaradır.

Konsert proqramının ən diqqətçəkən məqamlarından biri peşəkar Azərbaycan musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin səsləndirilməsi olub. Bu ifalar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən həyata keçirilən ardıcıl mədəni təşəbbüslərin nəticəsi olaraq proqramda yer alıb. Bununla da, Sarayevoda keçirilən bayram konserti dahi bəstəkarın yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasına növbəti töhfə verib.

Sarayevo Musiqi, Səhnə və Təsviri İncəsənət Fondunun İdarə Heyətinin üzvü, dirijor Emir Nuhanoviç proqramın Şərqdən Qərbə uzanan geniş musiqi palitrasını əhatə etdiyini bildirib. Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin əsərlərinin Mendelson, Monti, Şubert və Ştraus kimi Avropa klassiklərinin yaradıcılığı ilə yanaşı səslənməsi bəstəkarın musiqisinin universallığını və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq gücünü bir daha nümayiş etdirib.

Humanitar xarakter daşıyan konsert çərçivəsində təşkilatçılar vətəndaşlara istifadə etmədikləri musiqi alətlərini bağışlamaq çağırışı da ediblər. Toplanan alətlərin xüsusi qayğıya ehtiyacı olan uşaqlara, valideyn himayəsindən məhrum olanlara və sosial cəhətdən həssas ailələrdən olan istedadlı uşaqlara təqdim olunması nəzərdə tutulur. Dirijor Emir Nuhanoviç özü də şəxsi nümunə göstərərək skripkasını Tuzla musiqi məktəbinin istedadlı şagirdinə bağışlayıb.

Bayram konserti Sarayevoda musiqinin təkcə bayram əhvali-ruhiyyəsi yaratmadığını, eyni zamanda, mədəni diplomatiya, mərhəmət və beynəlxalq əməkdaşlıq vasitəsi olduğunu bir daha nümayiş etdirib. Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə onun əsərlərinin bu nüfuzlu səhnədə səslənməsi isə Azərbaycan mədəniyyətinin dünya miqyasında uğurla təbliğinin parlaq nümunəsinə çevrilib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.