• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Schiaparelli ilə muzeydə gecə: Paris Moda Həftəsi Yaz-Yay 2026 kolleksiyası

Oktyabr 7, 2025
A A

Paris Moda Həftəsində Schiaparelli brendi öz yaz kolleksiyasını təqdim etdi, və bu dəfə Daniel Roseberry tamaşaçıları modanın və incəsənətin sərhədlərinin silindiyi bir məkana, Pompidou Mərkəzinə apardı.

Hazırda təmir üçün bağlanmış olan muzeyin damında keçirilən şouda qonaqlar, Kylie Jenner, Rosalía, FKA Twigs kimi ulduzlar, Parisin səmasına, Sacré-Cœur-dən Eyfel qülləsinə qədər uzanan mənzərəyə baxırdılar.

Kolleksiyanın ilham mənbəyi məşhur modernist heykəltəraş Konstantin Brâncuși oldu. Onun minimal formaları və təmiz xətləri Roseberry-nin “ekstremal geyiləbilərlik” adlandırdığı konsepsiyanın əsasını təşkil etdi. Dəridən hazırlanmış köynəklərdə və trikotaj donlarda açılmış iri deşiklər, dalğalı kəmərlər və daş formalı ciblər yer aldılar. Dizayner bu dəfə özünəməxsus qızılı aksesuarları minimuma endirdi. Yalnız bir neçə burun bəzəyi və 1930-cu illərdən ilhamlanmış ipək donların zəncir asqıları qaldı. Bu sadəlik Schiaparelli-nin dramatizmini azaltmadı, əksinə, onun zərifliyini daha da vurğuladı.

Roseberry bildirib ki, bu kolleksiya onun üçün “evə qayıdış” idi, Schiaparelli-nin əsaslarına, formanın azadlığına və bədənin öz siluetini yaratdığı incəlik anlayışına. Məhz buna görə də korsetlər yox idi, parçalar sərbəst axırdı.

Kolleksiyada həmçinin 1938-ci ildə Salvador Dalí ilə birgə yaradılmış məşhur “Tears Dress” geyiminə də istinad edildi. Bu dəfə parçalanmış ipək panellər vasitəsilə üçölçülü şəkildə yenidən təsəvvür olundu.

Finalda Kendall Jenner qara ipək neglije ilə podiumda göründü. Minimalizmə baxmayaraq, Schiaparelli qadını hər zaman diqqət mərkəzində idi.

Global Art

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.