“Devil wears Prada – 2” filmindən bütün geyimlər
“Şeytan Prada geyinir – 2” filminin çəkilişlərindən görüntülər yayılmağa davam edir .
“20th Century Studios”un ilk filmi çəkərkən rastlaşmadığı çətinlik 24/7 jurnalistlərin müşahidəsi idi. Bu dəfə isə yayılan fotolar tamaşaçılarda personajların həyatına dair yanlış qənaətlər formalaşdırır. Məsələn, üzərində jilet-kostyum olan Endi sanki “disruptiv” agentliyi idarə edir.
Amma kim deyə bilərdi ki, bu obrazın modaya ümumiyyətlə marağı var? (Axı, ilk filmin sonunda Endi, xadimə ittifaqları haqqında reportajı sayəsində “New York Mirror” qəzetinə işə qəbul olunmuşdu.) Və əgər marağı varsa belə, kim zəmanət verə bilər ki, modaya maraq göstərmək və ya bu sahədə işləmək hələ də əvvəlki kimi “dəb” olaraq qalır? (Bugünkü “Vogue” redaksiyasının qarşısında limuzinlərdən çox jilet-kostyumlara rast gəlinir.) Endinin nəyə görə bu seçimlər etdiyini hələ bilmirik, amma bir şey dəqiqdir: “Dior”da yüksək vəzifə tutduğu deyilən Emili Çarlton və ənənəvi çap mediasının SEO dövründəki çöküşü ilə üz-üzə qalan Miranda Pristli bu davam filminin də üslub baxımından əsas göstəriciləri olacaq.
1 / 11
Enn Heteueyin canlandırdığı Endi …sanki “Wimbledon” torlarında.
2 / 11
Enn Heteuey, “Şeytan Prada geyinir” in Endisi boz rəngli kostyum, “Golden Goose” çəkmələri və “Coach” markalı iş çantası ilə.
3 / 11
Meril Strip (Miranda Pristli) , (amma üstündə nə olduğunu söyləmək çətindir.)
4 / 11
Helen J. Shen.
5 / 11
Polin Şalamet.
6 / 11
Stenli Tuççinin canlandırdığı Naycel – monoxrom kostyum dəstində.
7 / 11
Simone Eşli – “Monse ” brendindən donla.
8 / 11
Enn Heteuey, “Şeytan Prada geyinir” in Endisi – “Ralph Lauren Purple Label ” blezeri və “Valentino Nellcate” çantası ilə.
9 / 11
Meril Stripin (Miranda Pristlisi).
10 / 11
Enn Heteuey, “Şeytan Prada geyinir” in Endisi– “Prada” tufliləri və “Coach” çantası ilə.

11 / 11
Enn Heteuey,“Şeytan Prada geyinir” in Endisi – “Gabriela Hearst 2025″ yaz kolleksiyasından maksi don, “Chloé” sandalları, “Fendi” çantası və “Shebobo Kate” şlyapası ilə.
Globalart.az
