• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Şeytana Prada geyindirən qadın – Miuccia

Dekabr 9, 2025
A A

Bəli. Şeytan Prada geyinir. Prada şeytanın belə ağlını başından alan, başdan çıxaran bir markadır. Bu gücün arxasında duran şəxs isə Miuccia Prada’dır. Globalart.az bildirir ki, 1978-ci ildən bu yana moda səhnəsində öz oyununu hər zaman baş rolda nümayiş etdirir. Uzun illər alqışlarla bəslənən bu uğurlu aktyorun pərdə arxasında, Miuccia’nın babasından nəvəsinə keçən hekayəsi uğur şəbəkələri ilə toxunmuşdur.

O, dünyanın ən zəngin 100 insanı siyahısındadır və XX əsrin ən təsirli qadınlarından biridir. 14 yaşında fərqli olma istəyi üzərində nəzarəti itirib, yenilmiş olur. Amma “yenilgi” deyərkən yanlış anlamayın, Miuccia yaxşı ki fərqli olmağı seçmişdir. 1913-cü ildə Prada’yı qurmuş Mario Prada’nın ən kiçik nəvəsi Miuccia 10 may 1949-cu ildə Milanoda anadan olub. Ailə şirkəti Prada ilə ilk dəfə 1978-ci ildə tanış olur. 29 illik teatr və siyasətlə birgə entellektual tacla onurlandırılan Miuccia, uzun müddət qış yuxusuna getmiş Prada’yı bir daha oyanmağa vadar edir. Oyanma metodu, təsir baxımından sanki soyuq su şoku effekti ilə eyni olsa da, Miuccia primitiv üsulları bir kənara qoyub xəyallarına sarılmağı üstün tutur.

Miuccia Prada’nın dünyasında daim teatr, siyasət və moda mövcuddur. Teatr xəyallara, siyasət reallığa, moda isə yaradıcılığa məkan verir. Bu qadının axınında sürüklənməmək mümkün deyil. Onun fikrincə, ağıllı olan hər kəs cəmiyyəti dəyişdirməyə meyllidir. Bu dəyişiklik sevgiyə çevrilir və Miuccia’nın həyatında inqilaba yol açır. Gəncliyində kommunist partiyasına üzv olan Miuccia, feminist tərəfini də heç vaxt öz əksində əskik etmir.

Vizyon Miuccia’nın həyatında əsas açar sözdür. Feminist ruhunun yaratdığı üsyankar təbiət, kommunist ideologiyasının inkişaf etdirdiyi mübariz şəxsiyyət və incələnmiş, yumşaldılmış sərt fikirlər sənətlə birləşərək modaya gətirilir. Bu yenilənməni gözləyən köhnə planet isə əlbəttə ki, Prada’dır.

1989-cu ildə ilk hazır geyim kolleksiyasını təqdim edərkən, italyan ətrini anlamayan burunlar haqlı idilər. Miuccia, İtalyan dünyasını deyil, öz xəyallarını dizayn etmək arzusunda idi. 1992-ci ildə Prada’dan müstəqil bir marka olaraq yaratdığı Miu Miu, hələ də xəyallarını parçalara çevirə biləcəyi ən sərbəst sahədir. 60-cı illərdə çevrəsində ilk hippi olma xüsusiyyətini daşıyan Miuccia, keçmişdən gələn azadlıq küləkləri ilə təhlükəli sulara üzməkdən çəkinməmişdir. Həyatının hər sahəsinə risk toxumları səpməyi seçən bu möhtəşəm qadın, modanı da yenidən yaratmışdır.

Onun həyat ağacı yalnız modadan ibarət deyil. Miuccia’nın bəsləndiyi başqa çox sahələr də mövcuddur: uşaqları, əri, siyasət, fəlsəfə bunlardan yalnız bəziləridir. Bu qədər geniş yelpazəyə sahib olması onun moda anlayışını da müəyyən edir. Miuccia modaya yalnız bir parça parça və ya bir doz trenddən çox, yəni öz hekayəsinin dəmlənmiş tortusunu qatır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.