• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi olub

Yanvar 12, 2026
A A

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında “Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihənin müəllifi və rəhbəri, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə və Xalq artisti, pianoçu Yeganə Axundova iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, layihə iştirakçıları müxtəlif ölkələrdən olan tanınmış, peşəkar pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak ediblər. Həmçinin gənc ifaçılara peşəkar səhnə davranışına dair təlimlər keçirilib.

Sonra Səidə Tağı-zadə iştirakçılara diplom və sertifikatlar təqdim edib.

İştirakçılardan İnci Hümbətova, Uğur Nəbi, Fəxriyyə İsgəndərova, Xədicə Cahangirova, Pərviz Bağırov, Viktoriya Abbasova, Suada İşıkkent və Fidan İbrahimovaya sertifikatlar təqdim olunub. III dərəcəli mükafatlar İnci Həsənli və İnci Abbasova Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solo konsertlərində, müxtəlif layihələrdə, eləcə də gələcək master-klaslarda iştirak hüququ qazanıblar. II dərəcəli mükafatın sahibi Nuray Şahməmmədli Monteneqroda keçirilən Mira Marçenkonun yay məktəbinə səfər, I yerin sahibi Aydan Nuriyeva isə Parisdə Azərbaycan evində solo konsert proqramı ilə çıxış etmək hüququ qazanıb.

Daha sonra layihənin qalibləri, eləcə də Yevgeniya Epşteyn (İsrail-Xorvatiya) və Səidə Tağı-zadə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.