• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb

Oktyabr 21, 2025
A A

Globalart.az “SOCAR”ya istinadən xəbər verir ki, SOCAR sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixində ilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiq etməyə başlayıb.

Bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsi imkan verəcək Yeni elektron “İşin icrasına icazə” sistemi sənayedə aparıcı beynəlxalq şirkətlərdən biri tərəfindən hazırlanaraq SOCAR-da uğurla tətbiq edilib. Sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinə yetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarvermə proseslərinin operativliyinə imkan yaradır.

“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.

Elektron “İşin icrasına icazə” sisteminin tətbiqi ilə yanaşı, enerji sistemlərinin təcrid edilməsi (LOTO) mexanizmləri də yenilənib. Bu, əməliyyatlarda insan etibarlılığının yüksəldilməsinə, potensial risklərin vaxtında aradan qaldırılmasına və istehsalat proseslərinin daha təhlükəsiz şəkildə idarə olunmasına şərait yaradır.

“İşin icrasına icazə” sisteminin rəqəmsal müstəviyə keçirilməsi SOCAR-ın rəqəmsallaşma strategiyasının mühüm tərkib hissəsidir. Bu təşəbbüs sayəsində əməliyyatlarda şəffaflıq, nəzarət və məsuliyyət prinsipləri daha da gücləndirilir, təhlükəsizlik mədəniyyəti isə davamlı inkişaf yoluna çıxarılır.

SOCAR bu yeniliklə əməliyyat mükəmməlliyi və proses təhlükəsizliyi sahəsində sənayedə mövqeyini möhkəmləndirir və göstərir ki, texnoloji inkişafla təhlükəsizlik dəyərlərinin uzlaşması şirkətin gələcək uğurlarının əsasını təşkil edir.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.