• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Noyabr 3, 2025
A A

Xankəndi şəhərində keçirilən imzalanma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.

Globalart.az “SOCAR”ya istinadən xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Şahin Bayramov, Həsən Həsənli və Ziba Mustafayeva əməkdaşlıq istiqamətlərinin praktik əhəmiyyətindən bəhs edərək bu tərəfdaşlığın qurulmasından məmnunluqlarını ifadə ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Xankəndi şəhərinin də sürətli inkişaf və dirçəliş mərhələsinə qədəm qoyduğu qeyd olunub. Bu xüsusda, Qarabağ Universitetinin təsis edilməsinin bölgənin elmi və mədəni dirçəlişinə mühüm töhfə verəcəyi vurğulanıb.

SOCAR ilə Qarabağ Universiteti arasında qurulan əməkdaşlığın “SOCAR Türkiyə”, “SOCAR Midstream Gas Operations” MMC, həmçinin bp və digər tərəfdaş şirkətlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsi, birgə inkişaf imkanlarının gücləndirilməsi, təhsilə sosial sərmayə layihələrinin idarə edilməsi baxımından körpü rolunu oynayacağı vurğulanıb.

​Rəsmi tədbirdən sonra universitetin bir qrup tələbələri ilə görüş keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov tələbələr qarşısında çıxış ediblər.

​SOCAR nümayəndələri Qarabağ Universitetinin infrastrukturu, İncəsənət fakültəsi, ali təhsil müəssisəsinin tibbi klinikası və yataqxana kompleksi ilə tanış olublar. ​

Qeyd edək ki, SOCAR ilə Qarabağ Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi təhsil və sənaye arasında daha sıx əlaqələrin qurulmasına, rəqabətli insan kapitalının inkişafına töhfə vermək məqsədi daşıyır.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və təqaüd proqramları, “SOCAR Türkiyə” və “SOCAR Midstream Gas Operations” MMC tərəfindən elmi-tədqiqat və innovativ layihələrin dəstəklənməsi, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti arasında müştərək tədris proqramları və bir sıra digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.