• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb

Yanvar 15, 2026
A A

2003–2025-ci illər ərzində Azərbaycan Respublikasında mədəniyyət sahəsində əhəmiyyətli işlər görülüb. Kinematoqrafiyanın və kino sənayesinin inkişafına dövlət dəstəyi göstərilib, akademik, milli və aparıcı teatrların sayı artıb, ölkə ərazisində 100-dən artıq beynəlxalq festival, xarici ölkələrdə isə 60-dan çox Azərbaycan mədəniyyəti günləri, 100-dən artıq yubiley və digər mədəniyyət tədbirləri keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə məlumat “Azərbaycan mədəniyyəti–2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında yer alıb.

Bildirilib ki, mədəni irsin qorunması sahəsində də mühüm işlər görülmüş, 2003–2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilib, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olub. Həmçinin Bakı, Şəki və Lənkəran şəhərləri UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilib. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”nda (22 nümunə) və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”nda (2 nümunə) yer alıb.

Bu illər ərzində ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi açılıb, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb, 20085 eksponat bərpa olunub.

Qeyd edilib ki, mədəniyyət sahəsində təhsil fəaliyyətini həyata keçirən müəssisələr yaradılıb, habelə son 20 il ərzində 60-dan çox mütəxəssis dövlət dəstəyi ilə xarici təhsil müəssisələrində mədəniyyət ixtisasları üzrə təhsil alıb.

Həmçinin beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə 6 xarici ölkədə (Almaniya, Avstriya, Fransa, İtaliya, Özbəkistan, Türkiyə) Azərbaycan mədəniyyət mərkəzi yaradılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.