• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Street Art (küçə sənəti) necə yarandı?

Dekabr 11, 2025
A A

Küçə sənəti sərhədləri yalnız yaradıcılığın sərhədləri ilə müəyyən edilən, küçədə həyata keçirilən bütün sənət fəaliyyətlərini əhatə edir. İctimai yerlərdə icra olunan sənət fəaliyyətləri kimi də tərif oluna bilər, eyni zamanda tənqidi baxış və yumoru da özündə daşıyır.

Globalart.az bildirir ki, küçə sənətçiləri musiqidən rəngkarlığa, teatrdan əl işlərinə qədər sənətin hər növünü pulsuz olaraq insanlara təqdim edir, dünyadakı gözəllikləri və problemləri əsərlərində əks etdirirlər. Dünyadakı idarəçilik, siyasət və sosial qaydaları tənqid edən sənətçilərin çoxu anonim qalmağı üstün tutur. Birbaşa tamaşaçı ilə ünsiyyət qurur və bu ona sərhədsiz, azad ifadə imkanını verir.

Küçə sənətində istifadə olunan materialların sərhədi yoxdur.  Spray boyalar, şamlar, səs quraşdırmaları, fayanslar, heykəllər, iplər və gündəlik həyatda rast gəldiyimiz hər bir obyekt sənətçinin materialı ola bilər.

Küçə sənəti ilk dəfə qatar və divarlar üzərində çəkilmiş şəkillər və yazılardır (grafiti). 1920-ci illərdə küçə dəstələri tərəfindən həyata keçirilirdi.  Siyasi idarəçilik, müharibə və təzyiqlərə qarşı bir üsyan və alt-mədəniyyət elementi olaraq yaranmışdı. Uzun illər qeyri-qanuni və dağıdıcı bir fəaliyyət kimi görülən küçə sənəti, bu gün çağdaş sənət dünyasında özünəməxsus yer tutur.

Ən çox rast gəlinən növü grafitidir – divar yazılaması, şəkillər və posterlərlə icra olunur. Bina divarlarına çəkilən böyük rəsm əsərlərinə mural deyilir.
İp bombalama, ictimai obyektlərin mövzunu vurğulamaq üçün iplərlə bəzədilməsi deməkdir. Lock on, ictimai mebel və obyektlərə əlavə edilən heykəl və quraşdırmaları ifadə edir. Bunlarla yanaşı, pantomim, juggling, illüzyon, poi, teatr, canlı heykəl, küçə enstalasyonları və küçə musiqisi də küçə sənətinin tərkib hissəsidir.

Küçə sənəti sənətçilərə sərhədsiz ifadə imkanı verir. Beləliklə, əsərlər daim yaşayır, yenilənir və yeni mənalar qazanır. Məqsəd mövcud sənət anlayışını dəyişdirmək deyil, mövcud vəziyyəti sorğulamaqdır. Çox insana çatmaq, əsərləri ilə hər kəsə toxunmaq və sərhədsiz şəkildə yaratmaq isə əsas məqsəddir.

Çəkilmiş filmlər

  • Style Wars (1983)
  • November (2003)
  • Rash (2005)
  • Next: A Primer on Urban Painting (2005)
  • Roadsworth: Crossing the Line (2007)
  • Bomb It (2008)
  • Exit Through the Gift Shop (2010)
  • Street Art Awards (2010)
  • Las Calles Hablan (2013)
  • Obey Giant (2017)

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.