• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Oktyabr 24, 2025
A A

Oktyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, əvvəlcə komitə sədri gündəliyin birinci məsələsi – “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, birinci oxunuşda müzakirə edilən qanun layihəsi enerji səmərəliliyinin artırılması, enerji resurslarından qənaətli istifadə məqsədi daşıyır. Bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, enerji audit sisteminin təkmilləşdirilməsi əsas prioritetlər sırasındadır. Layihəyə əsasən, Enerji Effektivliyi İnformasiya Sistemi adlanan elektron platformanın yaradılması planlaşdırılır. Həmin sistem vasitəsilə enerji audit üzrə müraciətlərin qəbulu, müvafiq reyestrlərin aparılması, məlumatların toplanması və ictimaiyyət üçün faydalı məlumatların paylaşılması təmin ediləcək.

Daha sonra gündəliyin ikinci məsələsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi digər məsələ ilə əlaqədar ikinci oxunuşda təqdim olunub. Layihə  barədə məlumat verən komitə sədri bildirib ki, sənədə əsasən, yeni inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün enerji effektivliyi pasportunun alınması məcburi olacaq. Bununla belə, tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları və fərdi yaşayış evləri kimi bəzi obyektlər bu tələbdən azad ediləcək.

Gündəliyin növbəti məsələsi – “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd olunub ki, sənəd milli akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların səlahiyyət dairəsi genişləndirilir, həmçinin “səriştəlilik sınağı”, “validasiya” və “verifikasiya” kimi yeni anlayışlar qanunvericiliyə daxil edilir.

Daha sonra komitənin üzvləri gündəliyin sonuncu məsələsi – cari məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qanun layihələrinin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, üzvləri Vüqar Rəhimzadə və Asif Əsgərov çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini səsləndiriblər.

İclasın sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitənin üzvləri Afət Həsənova, Nigar Arpadarai, Bədəl Bədəlov, Naqif Həmzəyev, Eyvaz Qurbanov, Rövşən Muradov  və digər rəsmi şəxslər iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.