• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Tahir Budaqov Türkiyədə səfərdə olub

Dekabr 17, 2025
A A

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak edib.

YAP-dan Globalart.az-a verilən məlumata görə, Türkiyə Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə partiyanın “Türk Dünyası Strateji Baxış Sənədi” təqdim olunub.

Tədbirdə çıxış edən AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və Türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək, beynəlxalq müstəvidə, o cümlədən Türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini diqqətə çatdırıb, xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüququn normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.

Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin Türk dünyasında birliyin, əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək “Türk Dünyası Strateji Baxış Sənədi”nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addımın atıldığını vurğulayıb. “Türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənəd növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacaqdır”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə Türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandıraraq deyib: “Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirməyi və institusional çərçivədə çoxşaxəli əməkdaşlığı gücləndirməyi hədəfləyirik. İqtisadi inkişafa, mənəvi həmrəyliyə nail olmaq, strateji əməkdaşlığı və regional təhlükəsizliyi təmin etmək gələcəyə baxışımızın mərkəzində duran əsas məqsədlərdir. Sənədi hazırlayarkən mövcud beynəlxalq müqavilələri, ikitərəfli və çoxtərəfli əməkdaşlığı, qlobal prosesləri nəzərə almışıq. Eyni zamanda, Türk dünyasında siyasi və iqtisadi transformasiyaları, ölkələrimizin xarici siyasət perspektivlərini diqqət mərkəzində saxlayaraq milli maraqları rəhbər tutmuşuq”.

Rəcəb Tayyib Ərdoğan mədəni əməkdaşlıqdan iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən çoxşaxəli nəqliyyat şəbəkələrinə, təhsildən gənclər siyasətinə qədər geniş sahələri ehtiva edən sənədin türk dövlətlərinin mövcud potensialından səmərəli istifadə etməyi hədəflədiyini vurğulayıb: “Türk dünyasının gələcəyi ilə bağlı planlar ümumi təkliflərdən konkret layihələrə çevrilir. Biz əlaqələndirməni gücləndirən, qərar qəbuletmə mexanizmlərini sürətləndirən və birgə layihələrin həyata keçirilməsini mümkün edən idarəetmə modelini təqdim edirik. Bu addımlar sayəsində əməkdaşlığımız daha sistemli olacaq, qərarlar operativ və səmərəli şəkildə icra ediləcək”.

Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq, diqqəti bu xüsusda Türk dövlətlərinin qarşısında duran vəzifələrə cəlb edib.

Səfər çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.