• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Tahir Əmiraslanov yenidən AMKA-nın prezidenti seçilib

Dekabr 20, 2025
A A

18.12.2025-ci il tarixində “SEVİNC MALL”da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) 40 illiyinə həsr olunmuş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Hesabat-Seçki Konfransı keçirildi.

Globalart.az xəbər verir ki, tədbiri təbrik nitqi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açdı. AMKA-nın gördüyü işləri yüksək qiymətləndirən Aygün xanım assosiasiyanı yubiley münasibətilə Agentliyin plaketi ilə mükafatlandırdı.

Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəhman Hüseynov, TOP 100 Klubunun prezidenti Zamir Hüseynov, 1985-ci ildən AMKA ilə birgə fəaliyyət göstərən Ağadayı Ələkbərov, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, Qarabağ Peşə Hazırlığı Mərkəzinin direktoru Çinarə Əlişova, mütəxəssislər Rəsmiyyə Allahverdiyeva, Ağakərim Şəmidzadə, Lalə Aslanova, aşpazlar Oruc Əliyev, Oqtay Cəfərov, “SEVİNC MALL”un direktoru Zakir, Türkiyə Aşçılar Birliyinin sədr müavini Firat Dursun, **“Köz Künəfə 1977”**nin rəhbəri Hulusi Karip, Tayqa Ticarət Şirkətinin nümayəndəsi Xəyal Tahirov, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri və münsiflər heyətinin rəhbəri Eynur Nağdəliyev, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova çıxış etdilər.

Çempionatda Bakı, Sumqayıt, Bərdə, Tərtər, Qəbələ, Neftçala, Şabran, İsmayıllı və digər bölgələrin ali və peşə təhsili müəssisələrində təhsil alan gənc kulinarlar iştirak etdilər və aşağıdakı nəticələr əldə olundu:

  1. Paxlavanın qatlarına görə – I yer: Azərbaycan Dövlət Pedaqoji Universiteti
  2. Yaradıcılığa görə – I yer: İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
  3. Ən bol çeşid və süfrə görünüşünə görə – I yer: Bərdə Peşə Təhsili Mərkəzi
  4. Qozlu paxlavaya görə – I yer: Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə BDPTM
  5. Region paxlavasına görə – I yer: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
  6. Təqdimata görə – I yer: Neftçala Peşə Məktəbi
  7. Dizayna görə – I yer: Şabran Peşə Məktəbi
  8. Düzgün texnologiyaya görə – I yer: AMKA-nın Dövlət Məşğulluq Agentliyi ilə birgə kursları
  9. Sayına görə – I yer: AMKA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə birgə kursları
  10. Dada görə – I yer: Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  11. İnnovativ interpretasiyaya görə (balqabaq tumu) – Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
  12. Süfrə tərtibatına görə – I yer: Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Çempionatın münsiflər heyəti:

  • Eynur Nağdəliyev – sədr
  • Rəsmiyyə Allahverdiyeva – sədr müavini
  • Leyla Rəhimli – üzv
  • Lalə Aslanova – üzv

Saat 13:00-da AMKA-nın 40 illiyinə həsr olunmuş Hesabat-Seçki Konfransı öz işinə başladı. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

AMKA-nın prezidenti Tahir Əmiraslanov assosiasiyanın yaradılması və keçdiyi yol haqqında qısa məlumat verdi. Bu illər ərzində AMKA-nın yanında olan şəxslər mükafatlandırıldı.

Daha sonra AMKA-nın 5 illik Hesabat-Seçki Konfransı davam etdi. Hesabatlar dinlənildi və səs çoxluğu ilə qəbul edildi. Seçkilər zamanı AMKA-nın növbəti beş il üçün yeni rəhbərliyi – Prezident, vitse-prezident, İdarə Heyəti, Təftiş Komissiyası, Qəyyumlar və Restoratorlar Şurası seçildi.

Prezident: Tahir Əmiraslanov

Vitse-prezident: Rəsmiyyə Allahverdiyeva

Seçkilərdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi və AMKA-nın Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil etdiyi “Aşpaz”, “Qənnadıçı – Şirniyyatçı” kurslarının məzunlarına sertifikatlar təqdim olundu.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.